Rus şairə, nasir, teleaparıcı, dramaturq, RSFSR-in əməkdar mədəniyyət işçisi Olqa Kuçkina 88 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, tanınmış yazıçı ağır xəstəlikdən sonra dünyasını dəyişib.
O, 1936-cı il aprelin 9-da Moskvada anadan olub. 1958-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Publisist kimi “Oqonyok”, “Novoye Vremya”, “Jurnalist”, “Literaturnaya qazeta”, “Novaya qazeta”, “Nezavisimaya qazeta”, “Moskva xəbərləri” və digər jurnallarda çap olunub. SSRİ Jurnalistlər İttifaqının, SSRİ Yazıçılar İttifaqının (1974) və Moskva Yazıçılar Birliyinin üzvüdür.
Qeyd edək ki, Olqa iyulun 1-də Novodeviçi qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq.