Tanrım, göndərdiyin dərdi Zənn elədim bal, yığıram

Tanrım, göndərdiyin dərdi Zənn elədim bal, yığıram

Mahirə NAĞIQIZI

Oynama, oynama

Qız, baxanda o halmı var,
Belə oynama, oynama.
Gələr gördüyün daş-divar,
Dilə, oynama, oynama.
Nədir ruhunun bəstəsi,
Yoxmu bəmi, ahəstəsi.
Dönər sevdanın xəstəsi,
Külə, oynama, oynama.
Kəpənəklər haqqında » Qadin.Net ~ İlk milli qadın portalı
Gözlərində qəlbin dindi,
Bilən bilir o kimindi.
Qan düşəcək, dönüb indi
Selə, oynama, oynama.
Hanı, dərdə salan hanı,
Gəlib eşitsin nalanı.
Ver aparsın dərd –balanı
Yelə, oynama, oynama.
Nağıqızı qəlbin açdı,
Xəyalı yüz yer dolaşdı.
Dərdini o qəlbidaşdı,
Bilər, oynama, oynama.
03.06. 2020-ci il

Yığıram

Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
Ər öyüdünnən topladım,
Qəmi düyünnən topladım.
Ana südünnən topladım,
Nə yığdım halal yığıram.
Kəpənək divar kağızı yaşayır - Google Play'də Tətbiqlər
İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram.
Özüm bilən əzəl gündən,
Əl mənnəndir, ətək səndən.
Dərdimin pəncərəsindən,
Nə versə hilal, yığıram.
Ömrüm tamamdır, ya yarı,
Niyə bitməz qovğaları.
Mahirənin duaları,
Olsun sənə bal, yığıram.

Sənsən

Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
Bikəsin ahıdı, zarıdı dünya,
Bəxtəvər dövləti, varıdı dünya.
Bilmədim kimlərin yarıdı dünya,
Şahanə dünyamın fərmanı sənsən.
Kəpənəklər-təbiətin sirli canlıları - AZƏRTAC
Ruhum özüm oldu, göz aldatmadı,
Şeytana uymadı, üz qaraltmadı.
Adını çəkməyə gücüm çatmadı,
İçimin yaşayan dövranı sənsən.
Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
Mənə varidatdır bir adın-sanın,
Salma ürəyinə, sağ olsun canın.
Bu dünya cənnətmiş, İsmi Pünhanın,
Cənnətdə sirdaşı, qılmanı sənsən.
2017

Göz yaşıdı “Kərəmi”

Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”
Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.
Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.
Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.
09. 10. 2015

Salam olsun!

Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın,hər doğanın.
İlham,sənin,Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun.
Şəhidlərim,haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun.
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun..
Share: