Tanzaniyada naməlum xəstəlik yayılır – 3 nəfər ölüb

Tanzaniyada naməlum xəstəlik yayılır – 3 nəfər ölüb

Tanzaniyada 13 nəfər naməlum xəstəliyə yoluxub.

Müstəqil.Az  xəbər verir ki, bu barədə ölkənin baş həkimi bildirib. Bu günədək həmin xəstəlikdən üç nəfər həyatını itirib.

Qeyd olunur ki, xəstəliyin simptomları Ebola və Marburq qızdırmalarını xatırladır. Xəstədə yüksək temperatur, başağrısı, yorğunluq və burundan qanaxma müşahidə olunur. Bu xəstəliyə yoluxan şəxslərin analizləri Ebola və Marburq xəstəliyini təsdiq etməyib. Bundan başqa, COVID-19 testi də mənfi nəticə verib.

Xəstələrdən iki nəfərin sağaldığı bildirilib.

Müstəqil.Az

Share: