Tarantino yazıçı olur

Rejissor Kventin Tarantino “Deadline” jurnalına müsahibəsində son filmi “The Film Critic”in çəkilişlərini bitirdikdən sonra özünü yazıçı kimi sınayacağını bildirib.

Kulis.az xəbər verir ki, sənətçi bununla belə kino sənayesini tamamilə tərk etməyi planlaşdırmadığını deyib. Tarantinonun sözlərinə görə, o, kitab yazmağa cəhd edəcək və bunun uğurlu alınacağına inanır.

Rejissor müsahibəsində eyni zamanda müasir onlayn kinoteatrları kəskin tənqid edib və belə xidmətlərin layihələrini “boş iş” adlandırıb.

Share: