İlham Əliyev Cənubi Qafqazda proseslərin sahibi, Ərdoğan, Putin və AB müşahidəçi, Paşinyan isə südəmərdir.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri erməni mətbuatına müsahibəsində rusiyalı politoloq Stanislav Tarasov bildirib.
“Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək və Ermənistan heç nə edə bilməyəcək. Söhbət Xankəndindən gedir. Bu ərazilər Ermənistandan tamamilə ayrılacaq və Azərbaycanın nəzarətinə keçəcək, Rusiyanın isə bu prosseslərdə müşahidə missiyası olacaq. Bundan əlavə, İrəvan “1915-ci il soyqırımı” terminindən də imtina etməli olacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı çox ehtiyatlı davranır:
“Çünki İrəvan ikili oyun oynayır. Bir şey ki, Ermənistanda rus dili çoxdan unudulub. Bir ildən sonra İrəvanda heç ingilis dilində də yox, türk dilində danışacaqlar. Ermənilər pul qazanmaq üçün türk dilini öyrənməyə məcbur olacaqlar”, – deyə Tarasov vurğulayıb.
Müstəqil.Az