Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Tarif Şurasının radiotezliklərlə bağlı səlahiyyəti ləğv edilib

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanunun tətbiq edilməsi barədə” 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Amma bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

Telekommunikasiya xidmətləri ilə bağlı qərarları isə Tarif Şurası qəbul edəcək.

Share: