Tarix boyunca heç kimin edə bilmədiyini bacaran şəxs – Bütün okeanları… – FOTO

Amerikalı səyahətçi Viktor Veskovo dünyada heç kimin bacarmadığını edib.

Müstəqil.Az xəbər verir ki, o, “5 Dərin” kəşf gəzintisi layihəsi çərçivəsində dünyadakı mövcud 5 okeanın hamısının ən dərin nöqtələrinə eniş etməyi bacarıb.

Beləliklə də, bunu bacaran ilk insan kimi tarixə düşüb.

Veskovo 5-ci və son dalışını Şimal Buzlu Okeanının ən dərin nöqtəsi olan Molloy Çuxuruna edib. Təzyiqədavamlı xüsusi sualtı gəmidən istifadə edən Veskovo 5,5 km dərinliyə qədər gedib. Bu dalış, eyni zamanda, bu məkanda gerçəkləşdirilən ilk dalış kimi qeydə alınıb.

BBC-yə açıqlama verən səyyah “bu edilməli idi. Dünyaya sadəcə var olmaq, ya da rahatlığa qovuşmaq üçün gəlmədiyimizi, bir şəkildə fayda verməyimizi söyləyən bir fəlsəfəni müdafiə edirəm. Seçdiyim bu yol da macəra yaşarkən həm də canlı növü olaraq irəliləyiş əldə etməyimizə yardımçı olacaq nələrsə etməyə yarayır”.

Qeyd edək ki, Viktor Veskovo daha əvvəl yeddi qitənin ən yüksək zirvələrinə çıxmağı bacaran ilk insan ünvanını qazanıb. O, okeanlara səyahətini 10 ayda həyata keçirib.

Zümrüd

Share: