30 ildən sonra Xankəndində yenidən Azərbaycanla bağlı səs-səda eşidildi
Bu gün Azərbaycan Qarabağda yerli və beynəlxalq ictmai-siyasi, mədəni-kütləvi tədbirlər təşkil etməklə bu torpaqların sahibi olduğunu dünyaya nümayiş etdirir. Çünki tarixən bu ərazilərdə azərbaycanlılar yaşayıblar və burada keçirilən mötəbər tədbirlər azərbaycanlıların adı ilə bağlı olub. 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə keçirlən futbol oyunu buranın tarixi sakinlərinin kim olduğunu bir daha göstərdi. Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutan oyun tarixi bir gün hesab olunur. Bunu Prezident İlham Əliyev Xankəndi stadionunda oyundan əvvəl çıxışında qeyd etdi: “Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik”. Ermənilər 30 il ərzində Qarabağda beynəlxalq alımə səsə salacaq hər hansı tədbir keçirə bilmədilər. Hətta etsəydilər belə, gülünc görünəcəkdir. Çünki onlar buranı işğal etmişdilər və rəsmi olaraq hər hansı tədbir etməyə haqları çatmırdır. Digər tərəfdən dünya, hətta Ermənistan belə burada yaradılmış qondarma rejimi tanımırdı. 30 ilə yaxın müddətdə belə bir vəziyyətin davam etməsi regionda təhlükə mənbəyi olaraq qalırdı. Ermənistanın siyasi olaraq bu promlemin həlli üçün hər hansı addım atmaq iqtidarı yox idi. Vasitəçi dövlətlər üçün isə regionda gərginliyin olması maraqlı idi. Münaqişəni həll etmək əvəzinə, əksinə “dondurulmuş” adı ilə uzatmağa çalışırdılar. Azərbaycan isə bu təhlükənin region üçün daha ağır fəsadlara yol açacağını görürdü. Ermənistanın mövqesizliyi, konkret sülh üçün təkliflərə reaksiya verməməsi danışıqları dalana dirəyirdi. Eyni zamanda Qarabağdakı qondarma rejim terror və təxribatlarını intensivləşdirirdi. Buna cavab olaraq Azərbaycan ordusu 2020-ci ildə Emənistanla təmas xəttində antiterror əmiliyyatları keçirərək ərazi bütovlüyünün bərpasına nail oldu. Bu il isə bir günlük lokal antiterror tədbirləri ilə Qarabağdakı qondarma rejim tərksilah olundu. Bunula Azərbaycan tarixdə ilk dəfə olaraq tam şəkildə ərazi bütövlüyünü bərpa etdi. Prezident çıxışında bu haqda da danışaraq deyib ki, üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi: “Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”. Bu, dünya tarixində də bir yenilik oldu. Çünki çox az müddətdə 30 il işğalda saxlanılan torpaq azad olundu. Eyni zamanda dünyaya bir qəhrəmanlıq nümunəsi göstərmiş olduq. Dünya həm də, burada dağıdılmış, “ölü şəhər”lərə çevrlimiş əraziləri Azərbaycanın yenidən bərpa etməsinə heyran qalır. Dövlətimizin başçısı bu ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında belə deyib: “Biz – bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”. Yeri gəlmişkən, Prezident İlham Əliyev hər dəfə Qarabağ regionuna səfər edəndə yeni-yeni tikililərin, şəhər, eləcə də kəndlərin açılış və təməlqoyma mərasimlərində iştirak edir, aparılan abadlıq işlərinə baxış keçirir. Bu dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öncə Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Bundan başqa Prezident İlham Əliyev Şuşa şəhərində hazırda aparılan müxtəlif tikinti işlərinin gedişi ilə tanış olub.
Bu gün artıq Qarabağda tarix təkrar olunur. Keçmişdə bu ərazilərdə təşkil edilən ənənəvi tədbirlər təkarən keçirilir. Vaxtilə Xankəndində də müxtəlif səpkili tədbirləri, eləcə də futbol yarışlarını azərbaycanlılar təşkil etmişdir. Dekabrn 21-də keçirilən futbol oyunu ilə bu tədbirlərə yenidən start verildi. 30 ildən sonra Xankəndində yenidən Azərbaycanla bağlı səs-səda eşidildi. Həmin gün Xankəndində çox böyük izdiham yaşandı. Sanki burada idman bayarmı keçirlidi. Xalqımız, ümumiyyətlə, dünya bu tarixi hadisəyə şahidlik etdi.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent