Tarixi qələbə- böyük qayıdış – Xatirə Rəhimbəyli yazır…

Tarixi qələbə- böyük qayıdış – Xatirə Rəhimbəyli yazır…
 
Elə mövzular var ki,hansı səmtdən giriş edirsən et, eyni nəticəyə gəlib çıxırsan.Məsələn,vətən mövzusu .”Olmazsa, olmaz”ıdır bu mövzunun şəhidlik zirvəsi,döyüş bacarığı,sərkərdəlik məharəti.”Qaraca torpağı qiymətləndirər” şəhidlər,düşmənin gözünün odunu alar döyüşçülər,düşmənə dünyadakı yerini göstərər sərkərdələr.Döyüş bitər, şəhidlərə sayğı bitməz,döyüşçünin sayıqlığı,sərkərdənin qayğısı bitməz.Yeni bir aləm ,yeni bir mənzərə yaranar ,yeni bir məsuliyyət formalaşar düşmən atlarının dırnaqlarının izi qalmış Vətən torpağında.İllər uzunu həsrətini çəkdiyin,xəyallarında əzizlədiyin vətən torpağında arzularının bütün rəngarəngliyini canlandırmaq istəyərsən, ən narın cizgiləri,ən zərif məqamları,ən incə rəngləri belə gözardı etmək istəməzsən.”Hər şey Vətən üçün!– deyərsən ,hər şey Vətən naminə!!!” Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri, bu səfərlərin məqsədi və həmin səfərlər zamanı edilən çıxışlar yuxarıda dedikərimizin təkzibedilməz sübutudur.Ulu ruhumuzun saxlanc yeri”Dədə Qorqud Dastanları”nın motivləri əsasında çəkilmiş “DədəQorqud” filminin son səhnəsində Dədə Qorqudla Qaraca Çobanın belə bir dialoqu var:
–Nə edirsən,oğul?
–Torpaqları daşdan təmizləyirəm,Dədə.
Burada adı keçən o “daş “ obrazı nələr demir tamaşaçıya …Və bu səhnə göstərir ki,bütün savaşlardan sonra bütün savaşlara nədən olan d a ş l a r d a n tımizlənməlidir vətən torpağı,bütün d a ş l a r d a n …Elə cənab Prezidentin nitqinin əsas leytmotivini təşkil edən cümlələr də bunu deyir:” Torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək…Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər planlı şəkildə görülür, görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”
Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır.Eyni zamanda erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bütün bu təşəbbüsləri — işğaldan azad olunmuş torpaqlarımızda ayrılmaz komponentlər olan siyasətin,iqtisadiyyatın,kənd təssərrüfatının,mədəniyyətin,hətta ədəbiyyat və incəsənətin belə uçurulmuş,bərbad vəziyyətə salınmış bünövrəsi üzərində yeni və daha möhtəşəm layihələrin işlənib-hazırlanması, həyata keçirilməsi dövlətimizin güc və qüdrətini nümayiş etdirir.Və bütün bunlar bir qərinəlik vətən həsrəti çəkmiş insanların tez bir zamanda öz dədə-baba torpaqlarına qovuşmağını təmin etməyə xidmət göstərir.Qərarların mahiyyəti və çevikliyi,görülən işlərin sürəti insanı heyrətə salır.Baxın, Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib.Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün xeyli işlər görülüb və birinci mərhələ başa çatıb.
İşğaldan azad edilmiş torpaqlarda görüləcək ən vacib işlərdən biri də həmin torpaqların minalardan təmizlənməsidir.Bu işlər də qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib.
Azad edilmiş torpaqlar aqrar təsərrüfat üçün yararlı olduğundan və bu,həmin ərazilərin əhalisinin dədə-baba məşğuliyyəti olduğundan burada bitkiçilik, meyvəçilik, heyvandarlığın inkişafı üçün də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Aqrar təsərrüfatın inkişafı üçün su təsərrüfatının dirçəldilməsi ri vacibdir və bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilməsi nəzərdə tutulub..Necə deyərlər,su həyatdır.Yəqin ki,bu həyatın çiçəklənməsi üçün Güləbird su elektrik stansiyasının da böyük rolu olacaq.Bunununla da 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.44 günlük müharibənin üzərindən 44 gün keçməmiş texnika, işçi qüvvəsi səfərbər edib 7 min hektarda əkin işləri apara bilməyin özü də bir qəhrəmanlıqdır.. Həm də hansı şəraitdə…Erməni barbarlarının cinayətlər törətdiyi bir məkanda…
.
İnsanın sürəkli aldadılmasının əsas səbəbi elə o insanın özündədir,çünki verilən yalan vədlər onun xəyal və düşüncələrini əks etdirir, ona xoş gəlir və qarşı tərəf də rahatlıqla müxtəlif gedişlər edib qurbandan öz məqsədləri üçün istifadə edir.Bu məntiqdən yanaşsaq,görərik ki,ermənilərin daima erməni diasporunda sıx birləşmiş erməni işbazlarının qurbanına çevrilməsinin əsas səbəbi elə onların özləridirlər,öz mənfur niyyətləridir.Öz qeyri-insani düşüncə və ideallarıdır.Əslində, “Fikir,düşüncə”,”ideal”və s. bu kimi ifadə ermənilər üçün bir az lütfkarlıq kimi səslənir.Axı bütün dünya bu xəstə ruhlu millət üçün daha uyğun bir istilah işlədir-erməni xəstəliyi.Bu ifadənin izahı belədir –xülyalara qapanmaq,heç vaxt olmamış,olmayan və olmayacaq hadisələri yaşanmış kimi qələmə vermək,bu yalanlara cani-könüldən inanmaq və başqalarından da bu yalanlara,xülyalara inanmağı tələb etmək. Bir xalq,toplum,tayfa üçün çox ağrılı bir xüsusiyyətdir,necə deyərlər,xəstəlikdir .Elə bu xəstəliyin nəticəsidir ki, uzun illər özləri haqsız ola-ola başqaları tərəfindən haqsızlığa məruz qaldığını düşünür bu xəstə ruhlar.Bu səbəbdən də xəstəhal bir ömür sürürlər,xəstə güzəranları,məişətləri, xəstə yaşam tərzləri olur.Necə ki,30 illik bir müddətdə işğal etdikləri ərazilərdə normal bir şərait qurub adam kimi,normal insan kimi yaşaya bilməyiblər, Prezidentin ifadə etdiyi kimi, it damından fərqi olmayan komalarda güzəran keçiriblər.Nə yolları olub,nə digər normal yaşayış üçün gərəkli strukturları… Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilib, müxtəlif vədlərlə orada məskunlaşdırılmış ermənilər səfalətə sürüklənib.Və nə yazıqlar ki,erməni beyni hələ də bu həqiqəti dərk etmir,dərk etmir ki,sadə erməni xalqı hansısa işbazların əlində bir vasitədir…Qoy olsun,necə deyərlər,”itin dişi olsun,donuzun dərisi”.Kim nəyə layiqdirsə,onu da qazanır.İşğal edilmiş ərazilərdə istər işğal zamanı insanlara,istərsə də işğaldan keçən 30 il ərzində canlı və cansız təbiətə qarşı insanlıq adına yaraşmayan vandal münasibət sözümüzə söykəkdir.Onların əllırindən gələn terrordur,vandallıqdır,faşistlikdir.İnsanlara qarşı törədilən terrora təkcə Xocalı soyqırımını göstərsək,yetər.Ekaloji terrora da saysız-hesabsız nümunələr göstərə bilərik.Məsələn, işğal dövründə Tərtərçayın qarşısının kəsməsi ilə bir neçə rayonumuzda yüz min hektardan çox torpağın susuz buraxılması, 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunda 100 hektardan çox sahəni əhatə edən, yaşı təqribən 200-300 il olan nadir çinar ağaclarının kəsilib-doğranaraq,yandırılaraq məhv edilməsi,nadir dərman bitkiləri olan sahələrinin yandırılması,flora və faunaya ölçüyəgəlməz zərərlərin vurulması və s.
Mənfur düşmənin acı gülüş doğuran əməllərindən biri də kapitulyasiyadan sonra cəmi 20 gün ərzində,daha dəqiq desək,dekabrın 1-nə qədər demək olar ki, bütün su elektrik stansiyalarının (Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını) avadanlığını çıxarıb stansiyaların binalarını dağıtmasıdır .
Böyük Tofiq Fikrət düşür bu məqamda yada:
 
Zülmün topu var, gülləsi var, qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır…
Məhz elə bu səbəbdən 30 illik bir mücadilə qələbə ilə başa çatdı,Haq olaraq, “bükülməz qol,haqdan dönməyən üz sahibi olaraq” “topumuz” da oldu,”gülləmiz” də ,”qələbəmiz” də.Vuran əlimiz də,meydan oxuyan dilimiz də.Bir də sevgi dolu ürəyimiz,yaradıcılıq qabiliyyətimiz,tikmək,qurub-yaratmaq bacarığımız var,dünyanı daha gözəl görən təxəyyülümüz, gözəl xəyallarımızı reallaşdıran qızıl əllırimiz,bitib-tükənməyən ideyalarımız var.Bax elə götürək “Yaşıl enerji”zonası yaratmaq ideyasını. Azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Bu ərazilərdə su, günəş, külək enerjisindən istifadə olunacaq.Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsində də məhz bərpa olunan enerji ilə təchiz edilməsi nəzərdə tutlur.Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında isə daha çox günəş enerjisinin böyük potensialı olduğu göstərilir və buna uyğun layihələr hazırlanır.
Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək.Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək bu stansiyalardan da,. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq
“Abad kənd yolundan bəlidir” deyiblər.Azad edilmiş ərazilərə yolların çəkilməsi məsələsi də bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Sözün hər iki mənasında,uğurlu yollar açılır üzümüzə. Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu , Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq
 
Göz yumma Günəşdən nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər GECƏNİN GÜNDÜZÜ vardır
30 illik,daha dərinə getsək, sosialist müstımləkəçiliyini də hesaba alsaq,100 illik “gecənin gündüzünün “ necə böyük əhəmiyyətə,dəyərə malik olduğunu tam aydınlığı ilə görmüş olarıq.
II Qarabağ savaşı—Vətən müharibəsinin hesabagəlməz uğurları qəlbimizi qürur hissiylə doldurur.Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu,ölkəmizin ərazi bütövlüyü bərpa olundu,bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu ,ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı,qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzandı və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradıldı. (qəsdən indiki zamanda deyirik,çünki reallaşmasına çox az vaxt qalıb)
Sevindirici haldır ki, Prezident İlham Əliyevin də dediyi kimi, bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar. Çünki dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin yalnız Azırbaycan üçün deyil, bütün bölgə üçün xüsui əhəmiyyəti var. Bütün bölgə ölkləri bu layihələrdən ancaq xeyir götürəcək,bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin ediləcək və müharibə riskləri sıfıra endiriləcək.Azərbaycanın Naxçıvanla, Türkiyə ilə birləşməsi ilə yanaşı Rusiyadan da Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər,təbii ki,ermənistan xarici siyasıtindəki səhvləri düzəldib bölgə ölkələri,xüsusilə də Azərbaycanla sağlam münasibətlər qursa.Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu,İran ilə Ermənistan arasında dəmir yolu, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı qurulması da regionun inkişafı üçün böyük əhəmiyyət daşıyır..
Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlamışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb.
Prezident İlham Əliyevin özünün qeyd etdiyi kimi: “Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.”
Gözəl şairimiz Zəlimxan Yaqubub dediyi kimi, xalqımız,millətimiz üçün
Sinәnә çәk әtrini,
Çiçәyә dön tağında.
Bil torpağın qәdrini,
Nemәt ol qucağında.
Havalan qartal kimi,
Aranında, dağında.
Oğlusansa bu yurdun,
Sәnindirsә bu torpaq,
Hәr şey gözәl olacaq!
 
Bir xalq,bir millət olaraq ömrü boyu bu həqiqətə inandıq və qələbə qazandıq.Görək xəstə ruhlu erməni millətçiləri buna hazırdırlarmi?Hələ də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Çox gülnc bir haldır ki,Ermənistan öz biabırçı məğlubiyyəti, bununla da əsl həqiqətin bərpası ilə barışmaq istəmir.Ancaq ermənistan dərk etməlidir,qulağında sırğa etməlidir ki,arxalandığı xarici qurum və dövlətlərin qarşısına artıq qüdrətli Azərbaycan dövləti çıxıb,istər iqtisadi,istər siyasi,istərsə də hərbi gücünü göstərib onlara.Artıq hənin qüvvələr də dərk edir ki,ermənistan kimi çökmüş bir dövləti müdafiə etməkdənsə,Azərbaycan kimi qüdrətli bir dövlətlə əməkdaşlıq etmək daha sərfəlidir.
Prezident İlham Əliyevin məşhur çıxışlarında deyildiyi kimi, biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır… Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür…Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik.
 
Məşhur bir atalar sözümüz var:
İgid odur,atdan düşə,atlana,
İgid odur,hər əzaba qatlana.
Bir də zaman unutqanlığı bağışlamır. Keçmişini unudanın sabahına yolu olmaz .
Biz Laçın rayonunu göz-bəbəyimmiz kimi qorumalı və itirməməliyik ki,yenidən Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaranmasın. Biz 1992-ci il mayın 8-də etdiyimiz səhvi yenidən etməməli, şəhidlərimizin qanı bahasına alınan Şuşanı göz-bəbəyimiz kimi qorumalıyıq ki, strateji nöqteyi-nəzərdən çox böyük önəm daşıyan,Laçını qoruya bilək.
Prezident İlham Əliyevin dediyi kimi,məlum qüvvələr “hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib,”günahsız insanların qanına bais olublar.Biz o səhvlərin təkrarlanmaması üçün səfərbər olmalı,daima dəmir yumruq kimi birləşməli,şəhidlərimizin adına layiq olmalıyıq. “Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.”
Necə deyərlər,el bir olsa,zərbi kərən sındırar!
Sındırdı da..
 
Xatirə Rəhimbəyli,
şair-publisist
Prezident təqaüdçüsü.
Müstəqil.Az
Share: