Müstəqil.az Təbrizdə yaşayıb yaradan şair Xosrov Barışanın yeni şeirini təqdim edir :
ÇOLAQ KİMİ
Görkəmli olsam da uca dağ kimi
Oturub ağladım bir uşaq kimi
Mən içimdə şair etdim lalları
Sukutdan patlayan bir otaq kimi
Şuurla olunca söz şeir olur
Deyiləm indi mən bax bayaq kimi
Nurunda cücərən şeirimi yurdum
Suvardı gözyaşım bir bulaq kimi.
Gözyaşım dənizdir, dənizimsə çöl
Təzadlı yaşayış bir duzaq kimi.
Gülüstan vətənim şuur səvyəmiz
Ot vəri gül biçən bir alaq kimi
Vətən talan olur göz baxa baxa
Yazda şaxta vurmuş yaşıl bağ kimi
Oğrunun dalınca qaça bilmirik
Acız qalmışıq vay, biz çolaq kimi.
Barı səs salaydız ezilsəniz də
Payıza uğramış bir yapraq kimi
Patlatsa da dərdiz məni duymadız
Yetdi yuxu içrə bir oyaq kimi
Ulaq yıxıldığı yola da getməz
Kaşkə qanaydıq biz bir ulaq ki
Tarıxı yazsaq da oxunmadıq biz
Kitabdan cırılmış bir varaq kimi
Dərd dağın aşmağa təkcə çarəmiz
Uçuruma gedən bir yolaq kimi.
Ey cismim, bu qədər sıxma ruhumu
O yaşır içində bir qonaq kimi.
XOSROV BARIŞAN
Təbriz. 14 avqust. 2023