Tatlısəsin 150 minə gəldiyi toyun narazılıq – Videosu

Müğənni Tunar Rəhmanoğlu illər əvvəl Nüşabə Ələsgərlinin oğlunun sünnət toyunda baş vermiş olayla bağlı yayılan videoya münasibət bildirib.

Müstəqil.Az Kult.az-a istinad edərək xəbər verir ki, o, İnstaqram hesabında həmin vaxt məşhur türk sənətçisi İbrahim Tatlısəslə duet oxumasına əməkdar artist Nüşabə Ələsgərlinin narazı olmağına bu sözlərlə reaksiya verib:

“Gecədən bu video sosial şəbəkələrdə paylaşılır. Görənlər niyə cavab vermədiyimi deyir. Olub keçmiş hadisədir. İbrahim bəy orada lazımı cavabı verib. Məni ən yüksək zirvədə tutduğunu hər zaman hər yerdə göstərib. Nə etmək olar? Paxıl da var, istəyən də, quyu qazan da, gözü götürməyən də… Ancaq bunlara gülüb keçmək lazımdır. Məni görəndə gülərək “Səni çox istəyirik” deyən insanlar o simaları ilə yadımda qalsın istəmişəm. Bu kadrdakıları görməzdən gəlirəm. Allah kömək olsun. İllər keçib, bəlkə də indi məni həqiqətən də çox istəyirlər. İlhamə xanıma da Allah rəhmət eləsin”.

Qeyd edək ki, sosial şəbəkələrdə Nüşabə Ələsgərlinin oğlunun sünnət toyunda Tunar Rəhmanoğlunun İbrahim Tatlısəslə duet oxumasına narazılığını əks etdirən görüntülər yayılıb.

Share: