Taxıl üzrə Birgə Koordinasiya Mərkəzi İstanbulda fəaliyyətə başladı

Ukrayna limanlarında qalan taxılın daşınmasına dair Birgə Koordinasiya Mərkəzi İstanbulda fəaliyyətə başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, bu gün bir qrup rusiyalı ekspert İstanbula səfər edəcək və dördtərəfli formatda işləməyə başlayacaqlar. 

Bildirilir ki, Rusiya nümayəndə heyətinə kontr-admiral Eduard Luyk başçılıq edir.


Share: