“Taxt Oyunları” formatlı kiberyarışın qalibi müəyyənləşdi

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi müəyyənləşdi

Bu gün Bakıda keçirilən Kibertəhlükəsizlik Günləri çərçivəsində keçirilən “Taxt Oyunları” (Game of Thrones) formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub.

“Qafqazinfo” xəbər verir ki, Elgün Abdullayev, İlkin Ələkbərli və Əli Fərəczadənin iştirakçısı oldu “Cyber Yashma” komandası “Taxt”ın sahibi elan olunub.

Daha sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən bu kibermüharibə formatlı simulyasiya yarışında, ümumilikdə, 30 iştirakçının olduğu 10 komanda mübarizə aparıb. Yarış 5 saat davam edib və məhdud vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirən, ən yüksək xal toplayan komanda “Taxt”ın sahibi adını qazanıb.

Gülnar Əliyeva


Share: