Masallı şəhəri Dadva küçəsində köhnə tanışlar arasında mübahisə onlardan birinin həyatına təhlükə yaranması ilə nəticələnib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə mayın 27-də saat 23 radələrində qeydə alınıb.
Belə ki, Əliağayev Məhərrəməli Siyab oğlu ilə əvvəllər tanıdığı Yusubov Baloğlan Yusub oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.
Bu zaman Əliağayev Məhərrəməli əlində olan istintaqa məlum olmayan taxta parçasını Baloğlan Yusubovun baş nahiyəsinə qəsdən vurub.
Nəticədə sonuncuya baş beyinin sağ gicgah və sol alın payının hemorragik əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və digər bədən xəsarətləri yetirib.
Faktla bağlı Masallı RPŞ-nin İB-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi istintaqı apırılır.