Tayvan Çinin PUA-sına atəş açdı

Tayvan ordusu cəbhə xəttində Çinin pilotsuz uçan aparatına (PUA) xəbərdarlıq atəşi açıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb.

Bildirilib ki, Şi adasındakı əsgərlər zastavadan təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə PUA aşkar ediblər. İlk dəfədir ki, Tayvan ordusu Çinin pilotsuz təyyarəsinə atəş açıb. Milli Müdafiə Departamenti bu təhlükə ilə mübarizə aparmaq üçün dron müdafiə sistemi üzərində işləyəcəyini bəyan edib.

Xatırladaq ki, Çin və Tayvan arasında gərginlik ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfərindən sonra başlayıb.


Share: