Tayvanda 5,6 bal gücündə zəlzələ oldu

Tayvanda 5,6 bal gücündə zəlzələ oldu

Tayvanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin adasının seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Hualien şəhərindən 21,6 km cənubda, sahil zolağında, ocağı isə 29,8 km dərinlikdə yerləşib.

Torpaq titrəyişləri yeddi əyalətdə hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, 23 milyondan çox əhalisi olan Tayvan Şərqi Asiyanın seysmik cəhətdən ən aktiv zonalarından birində yerləşir.


Share: