Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən aksiyada hüquq-mühafizə orqanları 11 nəfəri saxlayıb.
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən “Sputnik Gürcüstan” məlumat yayıb.
“Tbilisidə “Xarici təsirlərin şəffaflığı haqqında” haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasında polis 11 nəfəri saxlayıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.