Tbilisidə kilsədən Stalinin təsvir edildiyi ikona götürülüb

Tbilisidə kilsədən Stalinin təsvir edildiyi ikona götürülüb

Tbilisidə kilsədən Stalinin təsvir edildiyi ikona götürülüb

Tbilisidəki “Müqəddəs Üçlük” Katedralından (Sameba kilsəsi) Stalinin təsvir edildiyi “Müqəddəs Matrona” (Moskvalı Matrona) ikonası götürülüb.

-nın Tbilisi bürosu “İnterpressnews”a istinadən xəbər verir ki, əvvəlki ikonanın yerinə Müqəddəs Matronanın təsvir edildiyi başqa bir ikona yerləşdirilib.

İkonanın kilsədən ötən gecə götürüldüyü bildirilib.

Xatırladaq ki, Stalinin təsvir edildiyi “Müqəddəs Matrona” ikonasını ölkənin əsas kilsəsinə Rusiyayönümlü “Vətənpərvərlər Alyansı” partiyasının üzvləri tərəfindən ianə edilib. Yanvarın 9-da aktivistlərdən biri sosial media hesabında ikonaya göy boya atılmasını əks etdirən video paylaşıb. Bundan sonra bir qrup radikal mühafizəkar qrup üzvləri aktivistin evinin qarşısında, həmçinin parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Müxtəlif təhdidlər səsləndirən qrup üzvləri aktivistin cəzalandırılmasını tələb ediblər.

İkonaya vandalizmin törədilməsi ilə əlaqədar Gürcüstan Daxili İşlər nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə prosedurlara başlanılıb.

İkonaya hücumu kəskin pisləyən Gürcüstan patriarxlığı diplomatik nümayəndəlikləri reaksiya vermədiklərinə görə tənqid edib.

Share: