Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Tbilisidə parlament binası qarşısında aksiya keçirir.
“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna görə Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.
Aksiya iştirakçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almasını tələb edirlər. Onlar bunun üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi istəyirlər.
Nümayişçilərin şüarları arasında eks-prezident Mixeil Saakaşvilinin də həbsdən azad edilməsi tələbi var.