Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində polis xüsusi əməliyyat keçirib.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunurlar.
İstintaqla müəyən olunub ki, saxlanılan şəxslər cinayət əməllərinə yetkinlik yaşına çatmayan uşağı da cəlb ediblər. Yeniyetmənin maraqlarının müdafiəsi üçün Sosial Xidmətin əməkdaşları cəlb olunub.
Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və yaxud ömürlük həbs gözləyir.
Müstəqil.Az