Mayın 4-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində iki iş adamı arasında atışma olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində onlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.
Hadisə iş adamları Qiço Marqvelaşvili və Saba Qaxokia arasında baş verib.
Qaxokia Marqvelaşviliyə atəş açıb. Marqvelaşvilinin mühafizəçisi cavab atəşilə Qaxokianı öldürüb. Marqvelaşvili isə hazırda əməliyyat olunur.