Müstəqil.Az Publika.az-a istinad edərək xəbər verir ki, iyul ayında sınaqları başlanan gəmi gələn il donanmanın arsenalına daxil ediləcək.
Türkiyədə bu günə qədər istehsal olunmuş ən böyük gəmi ünvanına sahib “TCG Anadolu” Çoxməqsədli Amfibiya Hücum Gəmisi kateqoriyasına daxildir.
Bu gəmi ilə Türkiyə dünyada öz döyüş gəmisini dizayn və istehsal edə bilən 10 ölkədən birinə çevriləcək.
Silahlı Qüvvələrin hərbi hərəkat və humanitar yardım əməliyyat qabiliyyətini artıracaq “TCG Anadolu” 232 metr uzunluq, 32 metr en, 58 metr hündürlüyündədir. Çəkisi 30 min tondur. 30 ədəd helikopter və PUA daşıya bilər.
Nəhəng gəmidə 11 müxtəlif göyərtə var. Gəmidə 165 kvadratmetr hovuz, 6 uçuş-enmə zolağı mövcuddur. Bir tabor ilə lazımi hərbi və dəstək vasitələrini əsas bazanın dəstəyi olmadan böhran bölgələrinə daşıya bilən gəmi bütün dənizlərdə üzə biləcək.
“TCG Anadolu”, bundan başqa, xəstəxana kimi də istifadə oluna bilər. Bunun üçün 30 yataq tutumu, rentgen cihazları, əməliyyatxanası, infeksion otaqlar, reanimasiya, yanıq və diş müalicələri bölmələri var.
Müstəqil.Az