Tehran kitab sərgisində Azərbaycan dilində olan kitablara məhdudiyyət qoyuldu

Tehran kitab sərgisində Azərbaycan dilində olan kitablara məhdudiyyət qoyuldu

Tehranda keçirilən 34-cü kitab sərgisində Azərbaycan dilində olan kitabların nümayişinə məhdudiyyət qoyulub.

Kulis.az xəbər verir ki, bu barədə güneyli naşirlər özlərinin sosial media hesablarında paylaşım ediblər.

Onlar bildirib ki, Azərbaycan dilində kitabların sərgidə iştirakı ilə bağlı əlaqədar qurum və şəxslərə müraciət etsələr də, məhdudiyyət aradan qaldırılmayıb.

“Məsullar Azərbaycan dilində olan kitablara tələbatın və marağın az olmasını bəhanə edərək bu addımı atdıqlarını bildirirlər”,- deyən mədəni fəallar soydaşlarımızı ana dilində olan kitab bölmələrinə dəstək verməyə çağırıblar.

Qeyd edək ki, mayın 11-dən 20-ə kimi davam edəcək 34-cü kitab sərgisində 2700 daxili və 100 xarici naşir iştirak edir.

Share: