Tehran-Moskva-Bakı Şimal-Cənub Dəhlizi üçün bir araya gələcək

Tehran-Moskva-Bakı Şimal-Cənub Dəhlizi üçün bir araya gələcək

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran, Rusiya və Azərbaycan nümayəndələrinin yaxın vaxtlarda tranzit və gömrük məsələləri, xüsusilə Şimal-Cənub Dəhlizinin müzakirəsi üçün görüşəcəklərini bəyan edib.

Səfir müvafiq fikri İran və Azərbaycan arasında yeni körpü və dəmir yolu anbarlarının yerləşdiyi İranın şimal sərhəd limanlarından biri olan Astara şəhərinə səfəri zamanı səsləndirib.

O, bu layihələrin əhəmiyyətini vurğulayıb:

“Astara limanı Şimal-Cənub Dəhlizinin mühüm əsas nöqtələrindən biridir. Bu layihələrin başa çatması ilə onun regional və qlobal əhəmiyyəti daha da özünü büruzə verəcək”.

“Tezliklə iki ölkənin müvafiq qurum rəhbərləri bu layihələrin son vəziyyətini nəzərdən keçirmək və digər məsələləri müzakirə etmək üçün görüşəcəklər”, – deyə İran rəsmisi bildirib.

Mənbə: Tasnim

Share: