Bazar günü naməlum şəxslər İranın paytaxtı Tehranda yerləşən Əllamə Təbatəbai Universitetini atəşə tutub.
Məlumata görə, hücum edənlər universitet işçilərindən birinə atəş açıb və hadisə yerindən qaçıblar.
Zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Bildirilir ki, hücum edənlər bir müddət qurbanı təqib ediblər. Atıcının üzü parça maska ilə örtülüb.
Hücum edənlərin kimliyi hələ müəyyən edilməyib. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Mənbə: TASS