Telekommunikasiya nəhəngi Rusiyanı tərk etdi

Telekommunikasiya nəhəngi Rusiyanı tərk etdi

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti ilin sonuna kimi Rusiyadakı nümayəndəliyini bağlayacaq və bütün əməkdaşlarını işdən azad edəcək.

Bununla belə, “Ericsson” şirkətinin əməkdaşları işsiz qalmayacaqlar. Belə ki, ixtisaslı əməkdaşlar rusiyalı top menecerlər tərəfindən yaradılacaq yeni şirkətə keçəcəklər.

Ekspertlərin fikrincə, “Ericsson”un Rusiyada fəaliyyətini dayandırması müştərilər üçün müəyyən problemlər yaradacaq, xarab olan hissələrin tapılmasında çətinliklər yaşanacaq.

Mənbə: Kommersant.ru

Share: