Teleqram messencerinin tərtibatçıları “iPhone” üçün proqramı 9.0.1 versiyasına yeniləyiblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Telegram İnfo” kanalı məlumat yayıb.
Bildirilib ki, indi proqram yalnız iOS 11 və daha yüksək versiyalarla işləyən cihazlarda dəstəklənir.
Beləliklə, indi “App Store”dan teleqramı yalnız “iPhone 5s” və daha yeni modellərin sahibləri quraşdıra bilər.
Mənbənin sözlərinə görə, messencer indi status və reaksiya seçərkən “Telegram Premium” abunəçiləri üçün əlçatan olan fərdi emojilərin axtarışına malikdir.