Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiya erkən parlament seçkilərində iştirak edəcək. Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi 1 mayda partiyanın qurultayını çağırır. Qurultayda partiya erkən parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar verəcək.
“Əgər fors-major hadisələr baş verməzsə, Ter-Petrosyanın partiyası seçkilərdə ehtimal ki, ayrıca iştirak edəcək”, – açıqlamda vurğulanıb.
Qeyd edək ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib.
Müstəqil.Az