Böyük Britaniyada baş nazir Tereza Meyi öldürməklə təhdid edən terrorçuya hökm oxunub.
İngiltərə məhkəməsinin qərarına əsasən, Banqladeş əsilli Naaimur Zakariya Rahman ömürlük azadlıqdan məhrum edilib.
Rahman Dauninq-stritin darvazasını partlatmağı, silahlı zabitləri öldürməyi, daha sonra baş nazirə hücum edərək onu bıçaq və ya tapança ilə öldürməyi hədəfləmişdi. (Qafqazinfo)