“Son vaxtlar Azərbaycanın tarixi şəhərində – Xankəndidə oturub tez-tez Azərbaycana qarşı sərsəm çıxışlar edən separatçı erməni generalı Vitali Balasanyanın növbəti dəfə Qarabağla bağlı ağlına və ağzına gələni danışması, hikkəli ifadələr səsləndirməsi gözlənilən idi”
Müstəqil.Az xəbər verir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri, Əlisahib Hüseynov
özünün Feysbuk səhifəsində yayınlayıb:
“Çünki bu qatil general hələ də Ermənistanın İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğramasının şokundan çıxa bilməyib. Odur ki, kor bir inadkarlıqla Qarabağdan əl çəkməyəcəklərini bildirir və “mən, ən azı, Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki sərhədlərinin bərpa olunacağına əminəm. Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan Artsaxa bir daha müdaxilə etməyə çalışarsa, adekvat cavab verəcəyik”.
Özünü mövcud olmayan “dqr”in qondarma “təhlükəsizlik katibi” sayan Balasanyan hələ də bir həqiqəti başa düşməyib ki, ondan əvvəl Araik Arutyunyan da, Bako Saakyan da, David Tonoyan da, Nikol Paşinyan da bir vaxtlar təxminən eyni ritorikadan çıxış edir, eyni sərsəm bəyanatları səsləndirirdilər. Bəs o bəyanatların axırı necə oldu? Erməni liderlərinin və hərbçilərinin bu cür kütbeyin lovğalıqları, hədələri nə ilə bitdi? Azərbaycan Prezidentinin məşhur ifadələri ilə desək, hamısı gorbagor oldu, cəhənnəmə getdi. Status məsələsi də gorbagor oldu, “Artsax” deyilən qondarma qurum da cəhənnəmə getdi. Terrorçu və işğalçı Ermənistanın başına dəmir yumruğumuz endirildi.
Lakin Balasanyan da, bu qəbildən olan digər revanşist ermənilər də 44 günlük savaşdakı rüsvayçı məğlubiyyətləri ilə heç cürə barışa bilmədiklərinə görə, indi də sağa-sola bu cür hava atmaqla, şou göstərməklə, sosial şəbəkələrdə “fırtına” yaradıb “layk” toplamaqla psixoloji natamamlıqlarını və travmalarını aradan qaldırmağa çalışırlar. Eybi yox, qoy işlərində olsunlar, bədbəxt günə qoyduqları erməni xalqına növbəti dəfə şou göstərməklərinə davam etsinlər. Onsuz da yaxın gələcəkdə Xankəndidə də, Qarabağın sülhməramlıların nəzarətində olan digər hissələrində də suverenliyimiz mütləq bərpa olunacaq və orada yaşayan mülki ermənilər də tam olaraq bizim yurisdiksiyamız altına keçəcəklər. Bu balasanyanların, araiklərin və digər terorçu, separatçı köpəklərin halına, durumuna da onda baxacayıq.”
Müstəqil.Az