ABŞ-ın elektromobil istehsalçısı “Tesla” 2017-ci ildən 2022-ci ilə qədər istehsal etdiyi 1,096 milyon avtomobili pəncərələrin avtomatik bağlanması ilə bağlı problemlərə görə geri çağırır.
Qərar 2017-2022 Model 3, 2020-2021 Model Y və 2021-2022 Model S və Model X avtomobillərinə şamil edilib.
Məlumata görə, elektromobillərdə pəncərələr bağlanarkən həddindən artıq təzyiq göstərə və bağlanmazdan əvvəl sürücünü, yaxud da sərnişini zədələyə bilər.
“Tesla” öz səhvini düzəltmək üçün müvafiq proqram yeniləməsi buraxacaq.
Mənbə: 1prime.ru