ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” Şanxaydakı zavodunda istehsalı dayandırıb.
Mənbə iddia edir ki, zavod səhər növbəsini ləğv edib və işçilərini Yeni il tətilinə buraxıb.
Şirkət bu qərarın səbəblərini açıqlamayıb.
Bəzi mənbələrin məlumatında görə, istehsalın dayandırılması Çində hər ötən gün artan koronavirus təhlükəsi ilə bağlıdır.
Belə ki, son bir neçə gün ərzində “Tesla” Şanxaydakı zavodunda işçiləri arasında koronavirusa yoluxanların sayında kəskin artma müşahidə edilib.
Mənbə: Reuters