“Tesla” yüzminlərlə elektromobilini geri çağırır

“Tesla” yüzminlərlə elektromobilini geri çağırır

“Tesla” ABŞ-da 321 min avtomobilini arxa işığın nasazlığına görə geri çağırıb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Elektromobillərdəki nasazlıqlar pulsuz aradan qaldırılacaq.

Şirkət 2023 Model 3 və 2020-2023 Model Y üçün məsafədən proqram yeniləmələrini vəd edib.

İddialara görə, işıqlar məhz proqram xətası səbəbindən yanmır.

Mənbə: vesti.ru

Share: