Teylor Sviftin gitarası xeyriyyə hərracında 120 min dollara satılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, satışdan əldə olunan gəlir kantri musiqiçisi Tobi Keytin Uşaq Xərçəng Fonduna bağışlanacaq. Sviftin imzası olan gitara 120.000 dollara satılaraq hərracın ən bahalı əşyalardan biri olub.
Qeyd edək ki, xeyriyyə gecəsində ümumilikdə 1,8 milyon dollara yaxın vəsait toplanıb.