Teymur Rəcəbov ermənini məğlub edib turnirin qalibi oldu: Son görüşə ehtiyac qalmayıb

Teymur Rəcəbov ermənini məğlub edib turnirin qalibi oldu: Son görüşə ehtiyac qalmayıb
Dünyanın ən mötəbər qrossmeysterlərinin iştirak etdiyi “ Champions Chess Tour” çərçivəsində keçirilən “Airthings Masters” onlayn şahmat turniri başa çatıb. 

Müstəqil.Az xəbər verir ki, həmyerlimiz Teymur Rəcəbov isveçli dünya çempionu Maqnus Karlsen, ABŞ təmsilçiləri Xikaru Nakamura, Uesli So, fransalı Maksim Vaşye-Laqrav, rusiyalı Yan Nepomnyaşiy, Daniil Dubov, hollandiyalı Aniş Qiri kimi görkəmli idmançıları geridə qoyaraq turnirin qalibi olub.

Həmyerlimiz turnirin final mərhələsində ermənistanlı qrossmeyster Levon Aronyanla üz-üzə gəlib. İlk görüşdə 2,5 – 1.5 hesabı ilə qalib gələn şahmatçımız ikinci qarşılaşmada da erməni idmançıya heç bir şans verməyib: 2 – 1. Teymur Rəcəbov yüksək hesabla qalib gəldiyi üçün axırıncı oyunu keçirməyə ehtiyac qalmayıb. 3-cü yerin sahibi Daniil Dubova qalib gələn Maksim Vaşye-Laqrav olub.

Turnirin mükafat fondu üçün ayrılan 200 000 ABŞ dollarının 60 000 dolları yarışın qalibi Teymur Rəcəbova çatacaq.

Ramil Əkbərov

Share: