THY bəzi beynəlxalq uçuşları dayandırmaq qərarını uzatdı

Türk Hava Yolları” (THY) müharibə səbəbindən Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi, Rostov şəhərlərinə və Ukraynaya uçuşların dayandırılması qərarını sentyabrın 30-dək uzadıb.

“Qafqazinfo” xəbə verir ki, bu haqda THY-nin sosial media hesablarında məlumat paylaşılıb.

 “30 sentyabr 2022-ci il (daxil olmaqla) Yekaterinburq, Minsk,Soçi, Rostov və Ukraynaya uçuşlarımız ləğv edilib”, – deyə məlumatda qeyd edilib.


Share: