Tikinti şirkəti imkansızlara PULSUZ(!) EV PAYLAYIR… – İbrətamiz

Qırğızıstanın tikinti şirkətlərindən biri yoxsul vətəndaşlar üçün çoxmənzilli binalar tikməyə qərar verib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə “TS qrup” şirkətinin nümayəndəsi bildirib.
“…“Aşar “ layihəsinin məqsədi ümumi səylərlə ehtiyac sahiblərinə mənzil ayrılacaq bir evin tikintisinə nail olmaqdır. İndi bu cür ailələrin anketləri toplanır. Ev üçün hədsiz imkansızlar, çoxuşaqlılar, iki və daha artıq övlad böyüdən tənha ata, yaxud analar, təqaüdçülər, əlillər, internat məktəblərinin məzunları və iş qabiliyyəti olmayan vətəndaşlar müraciət edə bilərlər”, – deyə şirkət nümayəndəsi məlumat verib.
Hazırda hələlik 35 mənzilin tikintisindən söhbət gedir. Tikinti üçün pulun xeyli hissəsi şirkət tərəfindən ayrılacaq, qalan vəsait isə layihə çərçivəsində toplanacaq. Təxminən 500-600 min dollara ehtiyac olacaq.
O da ibrətamizdir ki, yoxsullar üçün mənzillərə pulsuz kanalizasiya sistemi quraşdırmaq və elektrik kabeli çəkməyə hazır olan mütəxəssislər də var…

Share: