Tikintidə bədbəxt hadisə – Fəhlənin qolu qopdu

Tikintidə bədbəxt hadisə – Fəhlənin qolu qopdu

Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Müstəqil.az report-a istinadla bildirir ki, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi “Kristal Beton” zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altıntakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.

 

E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Share: