“TikTok 2023-cü ilin birinci rübündə Azərbaycandan bu sosial şəbəkəyə yerləşdirilən 390 min 223 videonu silib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.
O bildirib ki, həmin videoların 95,2 faizi proaktiv (şikayət edilməzdən əvvəl videonu müəyyənləşdirmək və silmək – red.) şəkildə silinib. Həmçinin bu videoların 80,1 faizi yayımlandığı 24 saat ərzində TikTokdan qaldırılıb.
K. Yeremeyevanın sözlərinə görə, bu ilin birinci rübündə bütün dünyada 91.003.510 video silinib. Silinmiş videoların 96,7%-i proaktiv şəkildə silinib. Videoların 89,9%-i paylaşılandan sonra 24 saat ərzində silinib. Eyni zamanda dünyada 13 yaşadək 16.947.484 istifadəçi hesabı silinib.