Tillersonun Türkiyə səfəri və… – ŞƏRH

Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Naziri Reks Tillersonun Türkiyə tərəfindən böyük ümidlərlə gözlənilən səfəri dünən baş tutdu.

Səfər haqda Müstəqil.Az-Politoloq Əlimusa İbrahimov  danışıb:

“Prezident İqamətgahında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş 3 saat 25 dəqiqə çəkdi. Tillerson  ABŞ-ın Xarici İşlər Naziri işlədiyi vaxtdan bəri Trampdan başqa heç bir prezidentlə davamlı olaraq bu qədər söhbət etməmişdi.

Görüşün bu qədər uzun çəkməsi gözlənilən idi. ABŞ-la Türkiyə arasında son illər yığılıb qalan problemləri müzakirə etmək və birlikdə çıxış yolu tapmağın vaxtı çoxdan çatmışdı. İki dövlət arsında əlaqələr dalana dirənib . Regionda baş verən toqquşmaların həll olunması üçün  kompramiss əldə olunmasa hər iki dövlət ciddi qarşıdurma ilə üzləşə bilər.

Hələlik görüş haqqında əldə olunan informasiyalar Türkiyə tərəfinin təqdim səsləndirdiyi bəyanatlardır. Onlara əsasən Türkiyə Prezidenti terrorizmə qarşı mübarizıdə Amerikadan gözlədiklərini Reks Tillersona çatdırıb. Türkiyənin “Zeytun budağı” əməliyyatı, ABŞ-ın YPG yə silah yardımı, Münbiçdən YPG qoşunlarının çıxarılması Türkiyənin müzakirəsini uzun müddət gözlədiyi məsələlərdir.

Türkiyənin Amerikanın nəzərinə çatdırmaq istədiyi məsələlər aşağıdakı şəkildə şəkildə ifadə edilir:

  • Terror qrupu kimi təsdiq olunan PKK-ya silah və pul yardımı dayandırılsın;
  • Türkiyə sərhədlərinin təhlükəsizliyi üçün lazım gələn bütün tədbirləri görəcək;
  • Bölgədə əmin-amanlıq üçün dioloq aparılacaq yeganə ölkə Türkiyədir;
  • DAEŞ-lə müharibə davam edir, amma PKK ilə döyüş də sona qədər aparılacaq;
  • Türkiyənin səbrini yoxlamaq heç kimə fayda gətirməyəcək;
  • Terrorla mübarizədə xoş niyyətlə aparılan bütün danışıqlarda iştirak etməyə hazırıq;
  • Türkiyə gizli embarqonu müttəfiqliyə müdaxilə hesab edir;

Reks Tillerson Türkiyədə aparacağı danışıqların gərgin keçəcəyini qabaqcadan hiss edərək regiona səfəri çərçivəsində Livanın paytaxtı Beyrutda verdiyi müsahibələrdə PYD-YPG-yə ağır silah verdiklərini qətiyyətlə inkar etmişdir. “ Dolayısı ilə YPG-dən geri alınacaq bir şey yox. Türkiyə ilə əsas hədəflərimiz eynidir.”

Tillersonun mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablanndırdığı zaman dediyi bu sözlər ABŞ-a Türkiyə ilə ortaq nöqtənin tapmağın nə qədər çətin olaçağına işarə edir.

Elə isə sual yaranır: ABŞ YPG-yə ağır silah vermirsə bəs Amerika konvoylarının dəstə ilə göndərdiyi maşınlardakı yük nədir? Heç şübhəsiz hümanitar yardım deyil.

Sadəcə, Türkiyənin haqlı tələbinin-verilən ağır silahların geri alınmasının mümkünsüzlüyünü dərk edən Amerika bu yolla məsuliyyətdən boyun qaçırmaq istəyir. İnkar etmək ən asan çıxış yoludur.

Tillersonun Türkiyəyə səfəri davam edir. Səfərin nəticələri düşünürəm ki, özünü çox gözlətməyəcək. Yaxın günlərdə hadisələrin inkişaf istiqaməti alınan nəticələrin də baxış bucağını müəyyən edəcək”.

Müstəqil.Az

 

 

 

 

 

Share: