“Titanik” gəmisinin batması dəniz sərnişin daşımaları tarixində ən böyük faciələrdən biri hesab edilir.
“Titanik” gəmisi Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və heyət üzvündən 1513-ü həlak olmuşdu.
“Titanik” Britaniyanın öz dövrünün ən nəhəng sərnişin gəmisi sayılırdı.
66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-cii l mayın 31-də isə gəmi istismara verilmişdi.
“Titanik” 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü.
İngiltərənin Sauthempton limanından Nyu Yorka yola düşən «Titanik» yolda iki dəfə dayanmışdı – Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında.
Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi.
Aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı.
Müstəqil.Az