Atlantik okeanında “Titan” batiskafının qəzaya uğradığı ərazidə insan qalıqları tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb.
Bildirib ki, ABŞ Sahil Mühafizəsi Atlantik okeanının dibindən “Titan” sualtı gəmisinin bəzi hissələri ilə yanaşı insan qalıqlarını da çıxarıb.
““Titan”ın faciəvi sonuna səbəb olan amilləri anlamaq üçün hələ də mühüm işlər görülməlidir ki, bu, gələcəkdə baş verməsin”, – insidentlə bağlı təhqiqat komissiyasının rəhbəri Ceyson Noybauer qeyd edib.