“Titan”nın axtarış zonasından naməlum qalıqlar aşkarlandı

“Titan”nın axtarış zonasından naməlum qalıqlar aşkarlandı

Atlantik okeanında itən “Titan” sualtı qayığının axtarışı zonasında naməlum qalıqlar aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Həmin qalıqlar “Titanik”in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib.

Hazırda mütəxəssislər bu qalıqların nədən qaynaqlandığını öyrənməyə çalışırlar.

Qeyd edək ki, “Titanik”in qalıqlarını ziyarət etmək istəyən turistləri daşıyan “Titan” sualtı qayığı bazar günü Atlantik okeanında itib.


Share: