Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi”-“Borussiya” (Dortmund) oyunu planlaşdırılan vaxtdan gec başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın start fiti səslənməli olsa da, 10 dəqiqə yubanma baş verib.
Buna səbəb Almaniya təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı Londonun “Stemford Bric” stadionuna gələrkən yolda tıxaca düşməsi olub.
Qeyd edək ki, komandalar arasında ilk oyunda “Borussiya” 1:0 hesablı qələbə qazanıb.