Tokayev istefa VERDİ

Tokayev istefa VERDİ

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hakim Amanat Partiyasının sıralarını tərk etdiyini açıqlayıb.

Müstəqil.Az xəbər verir ki, Tokayev bunu partiyanın bu gün keçirilən növbədənkənar qurultayında bildirib.

O deyib ki, vaxtilə bu barədə verdiyi vədi tutur və partiya sədrliyindən və üzvlüyündən istefa verir:

“Bu addım simvolik mahiyyət daşıyır. Hər birinizə mənə etimad etdiyinizə və prezident seçkilərində dəstəklədiyinizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Tokayev dövlət başçısının, MSK üzvlərinin, Konstitusiya Şurası üzvlərinin, eyni zamanda region rəhbərləri və onların müavinlərinin partiya üzvü olmasının qadağan edilməsi barədə təklif irəli sürüb.

Müstəqil.Az

Share: