Tokayev: “Xəzər sülh və yeni imkanlar dənizi olmalıdır”

Tokayev: “Xəzər sülh və yeni imkanlar dənizi olmalıdır”

Xəzər sülh zonası olmalı və yeni imkanların reallaşmasına imkan verməlidir.

Bunu çərşənbə axşamı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxışı zamanı deyib.

“Biz Xəzər dənizinin sülh və yeni imkanlar dənizinə çevrilməsini təmin etməliyik. Yaxın aylarda Qazaxıstan ticarət tədarük zəncirinin pozulması nəticəsində enerji və kritik xammala məhdud çıxışın təsirini minimuma endirməkdə vasitəçi olacaq”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə respublika enerji mənbələrini şaxələndirməyə çalışır, xüsusilə yaşıl hidrogen və bərpa olunan enerji mənbələrinə diqqət yetirir.

Dövlət başçısı həmçinin qeyd edib ki, Qazaxıstan Dünya Okeanına çıxışı olmayan ən böyük inkişaf etməkdə olan ölkə kimi Asiyanın Avropaya gedən mühüm quru dəhlizinə çevrilir.

“Biz Qazaxıstan vasitəsilə yük dövriyyəsi həcminin yaxın illərdə əhəmiyyətli dərəcədə artacağını gözləyirik”, – Tokayev qeyd edib.

Share: