Tənqidçilər Ues Andersonun ulduzlarla dolu yeni filmi “Asteroid City”ni “gözəl, amma məzmundan məhrum” kimi qiymətləndiriblər.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmin çərşənbə axşamı Kann Film Festivalındakı premyerasında Tom Henks və Skarlett Yohansson da daxil olmaqla ulduzlarla dolu bir heyət iştirak edib.
Bir çox kino tənqidçisi filmi bəyənsə də, “Variety”dan Ouen Qlayberman və “Hollywood Reporter”dan Devid Runi filmin görüntü tərəfini təqdir etsə də, dramaturgiyasının zəif olduğunu qeyd edib.
Qeyd edək ki, Anderson “The Grand Budapest Hotel” və “Moonrise Kingdom” kimi filmlərlə tanınır.