Tomas Tuxel: “Çelsi” tarixinin bir hissəsi olmaqdan qürur duyuram”

Tomas Tuxel: “Çelsi” tarixinin bir hissəsi olmaqdan qürur duyuram”

Tomas Tuxel “Çelsi”dən ayrılması haqqında danışıb.

“Bu, indiyə qədər səsləndirməli olduğum ən çətin bəyanatlardan biridir və ümid edirdim ki, daha uzun illər bunu etmək məcburiyyətində qalmayacağam. “Çelsi”dəki vaxtımın başa çatması məni məyus etdi.

Bura özümü evdəki kimi hiss etdiyim klubdur – həm peşəkar, həm də şəxsən. Bütün heyətə, oyunçulara və azarkeşlərə təşəkkür edirəm ki, mənə elə ilk gündən xoş davrandınız.

Komandaya Çempionlar Liqası və Klublararası Dünya Çempionatını qazanmaqda kömək edərkən hiss etdiyim qürur və sevinc həmişə mənimlə qalacaq. Bu klubun tarixinin bir hissəsi olmaqdan qürur duyuram və ötən 19 ayın xatirələri ürəyimdə həmişə xüsusi yer tutacaq”, – Tuchel bildirib.

London klubu sentyabrın 7-də alman məşqçi ilə əməkdaşlığa xitam verdiyini açıqlayıb. Bundan sonra komandaya Qrem Potter başçılıq edirdi.

Qeyd edək ki, Tuxel 2021-ci ilin yanvarından “Çelsi”yə rəhbərlik edirdi. Almaniyalı mütəxəssis klubla Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Share: