“Topxana Layihə İnşaat” Türkiyədə zəlzələdən zərərçəkənlərə maddi yardım göstərdi

“Topxana Layihə İnşaat” Türkiyədə zəlzələdən zərərçəkənlərə maddi yardım göstərdi

“Topxana Layihə İnşaat” MMC Türkiyədə zəlzələdən zərərçəkənlərə maddi yardım göstərib.

“Qafqazinfo” xəbər verir ki, şirkətin rəhbərliyi və əməkdaşları Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir.

“Topxana Layihə İnşaat” MMC Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə zərərçəkənlərə maddi dəstək məqsədilə Türkiyə Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) hesabına 200 min türk lirəsi köçürüb.

Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi “Topxana Layihə İnşaat” 1996-cı ildə yaradılıb. Şirkətin əsas fəaliyyət sahəsi layihələndirmə və tikinti işləridir. Bu illər ərzində şirkət tərəfindən həm Azərbaycanın paytaxtında, həm də onun hüdudlarından kənarda bir çox layihələr hazırlanıb və tikintisi həyata keçirilib. Onların arasında yol tikintisi, parkların salınması, abadlıq və s. işlər var.


Share: