“İmperator” ləqəbli məşhur italiyalı futbolçu Françesko Totti çirkli pulların yuyulmasında ittiham olunur.
İtaliyanın çirkli pulların yuyulması üzrə hüquq-mühafizə orqanları “Roma” klubunun keçmiş kapitanı ilə bağlı araşdırmaya başlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, Totti “şübhəli bank əməliyyatları” həyata keçirib. Keçmiş futbolçunun qumarxana sahibləri və bukmeker kontorlarının xeyrinə qanunsuz olaraq külli miqdarda pul köçürmələrində əlinin olduğu ehtimal edilir.
Futbolçunun nümayəndələri isə bu ehtimalları təkzib ediblər.
Qeyd edək ki, Totti İtaliya və dünya çempionudur. O, futbolçu karyerasını 2017-ci ildə başa vurub.
Mənbə: Sport-express.ru